Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 08:28
İslandiyada son bir həftə ərzində minlərlə zəlzələ baş verib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə İslandiyanın Milli Meteorologiya Xidməti məlumat yayıb. Həftə ərzində minlərlə zəlzələdən sonra həftə sonu seysmik aktivliyin artacağı barədə xəbərdarlıq edilib.
Xidmətin hesablamalarına görə, maqnitudası 4,8-ə qədər olan 1400-ə yaxın zəlzələ isə sadəcə 24 saat ərzində qeydə alınıb.
Məlumatda həmçinin qeyd olunub ki, İslandiya Mülki Müdafiə Agentliyindən bir nümayəndə mümkün evakuasiyaya hazırlaşmaq üçün Grindavik şəhərinə göndərilib.