Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 20:18
Rusiya qüvvələri Avdiv şəhəri istiqamətində təzyiqləri artırıblar.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Tavriya" qoşun qrupunun sözçüsü, polkovnik Aleksandr Ştupun məlumat verib.
Polkovnik qeyd edib ki, Tavriya istiqamətində hücumların sayı artıb, son sutka ərzində ümumilikdə 58 hücum olub və bu rəqəmin təxminən 80 faizi Avdivin payına düşür.
"Düşmən Avdiv istiqamətində fəallaşıb. Piyadalardan əlavə, xeyli sayda zirehli texnikadan istifadə edirlər. Son sutka ərzində Ukrayna müdafiə qüvvələri Stepovoy, Avdiv, Severnoy, Pervomaysk, eləcə də Tonenkonun cənubunda və Novokalynovonun şərqində işğalçıların 35 hücumunu dəf ediblər. Müvafiq olaraq, düşmənin itkiləri kəskin artıb", - Ştupun deyib.
Onun sözlərinə görə, Rusiya Avdiv istiqamətində piyada qoşunlarını hərəkətə keçirib, məhkumlardan təşkil olunmuş bölmələri hücuma atıb. Ştupun əlavə edib ki, Rusiyanın bəzi bölmələrini gələcək hücumlara hazırlayır.