Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Havalar soyuyan kimi diz və oynaq ağrılarınız artırsa...

Havalar soyuyan kimi diz və oynaq ağrılarınız artırsa...

Tarix: 12 Noyabr 2023 03:06

Havalar soyuduqca rematizmdən əziyyət çəkən insanların diz və oynaq ağrıları artır. Bu, günlük həyatdakı işləri görməkdə çətinlik yaratdığı kimi ağrılara da səbəb olur. Bəs bunun qarşısını almaq mümkündür?

Milli.Az axşam.az-a istinadən bildirir ki, rematizm ağrıları olan insanların əməl etməli olduqları tövsiyələri təqdim edir:

- Soyuq havalarda isti məkanlarda qalmağa çalışın. Əgər çölə çıxmalısınızsa, boyun, əl və ayaq bölgələrini isti tutacaq geyimlər geyinin. 

- Köklükdən əziyyət çəkən şəxlərə çəki atmaları tövsiyə olunur.

- Qidalanma rasionuna balıq, gicitkan, yumurta daxil edin. Qoz, kətan toxumu, dirrik pərpərəni, zeytun yağı ilə bol, kalsium və C vitamini ilə zəngin qidalar istehlak edə bilərsiniz.

- Gün ərzində 2,5 litr su için.

- Stresdən uzaq durun.

- Siqaret çəkməyin.

- D vitamininiz çatmırsa, əlavə yardım alın. 

- Yuxu rejiminizə diqqət edib, yaxşıca dincəlməlisiniz.
 

Milli.Az


Etiketlər:  Havalar soyuyan kimi diz oynaq ağrılarınız artırsa


RƏYLƏR