Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 05:08
Avropa Birliyinin ekologiyanı qorumaq məqsədi ilə qəbul etdiyi yeni qərar 2024-cü ildən etibarən qüvvəyə minəcək.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 2024-cü ildə müxtəlif növ markalı telefonların hamısını eyni başlığı olan naqillərlə elektrik cihazlarına qoşmaq mümkün olacaq. Müxtəlif markalı qulaqlıqlar, notbuklar, qısası, şarj cihazına qoşula bilən bütün qurğuların eyni başlıqlı USB kabel girişi olacaq.
Bu qayda təbiətin müxtəlif növ kabel və naqillərlə çirkləndirilməməsi üçün tətbiq ediləcək.