Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 09:40
İsrail Müdafiə Ordusu (İMO) Qolan təpələrinə hücuma cavab olaraq Suriyadakı "terrorçu infrastrukturun" obyektlərini vurub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.
"Bir müddət öncə Qolan təpələrinə yönəlmiş dünənki (şənbə) hücuma cavab olaraq İMO-nun qırıcıları Suriyadakı terrorçu infrastrukturun obyektlərini vurub", - məlumatda nəql edilib.
Xatırladaq ki, şənbə günü Ordunun mətbuat xidməti Suriya tərəfindən atəşin qeydə aldığını və cavab atəşi açmağa başladığını bildirmişdi.
Qeyd edək ki, Qolan təpələrinin böyük hissəsi 1967-ci ildən İsrailin işğalı altındadır. İsrail de-fakto nəzarət etdiyi əraziləri 1981-ci ildə ilhaq edib. Beynəlxalq ictimaiyyət ilhaqı tanımayıb. 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərində suverenliyini tanımış ilk ölkə olub.