Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tamaşaçıdan efirdə Cavan Zeynallıya evlilik təklifi

Tamaşaçıdan efirdə Cavan Zeynallıya evlilik təklifi

Tarix: 12 Noyabr 2023 09:55

Xalq artisti Cavan Zeynallı ilə ailə qurmaq üçün Lətifə adlı xanım efirə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sözügedən hadisə "Elgizlə izlə" verilişində baş verib.

Lətifə C.Zeynallının gənc yaşlarından pərəstişkarı olduğunu söyləyib:

"Siz əsl cazmensiz. Siz royalda mükəmməl ifa edirsiniz. Cavan müəllim çox alicənab, gözəl insandır. Allah Röya xanıma rəhmət eləsin. Çox üzüldüm və məyus oldum onun vəfatına. Cavan müəllim sadiq və vəfalıdır. İnsanlar sizi çox sevirlər".

Onun bu sözlərinə isə C.Zeynallı belə cavab verib:

"Ayrı yolu yoxdur. Mən uşaqlıqdan beləyəm. Mən tək deyiləm. Mənim həm Qusarda, həm də Bakıda qohumlarım var. Onlar mənimlə ünsiyyətdə olurlar, zəngləşirik, görüşürük. Evimə gəlib yeməklər bişirirlər. Hərdən mən özüm yemək hazırlayıram. Bizim Lətifə xanımla münasibət qurmağımıza zaman, vaxt lazımdır. Siz isə tələsirsiniz. Bu işlər tələsməklə olmur".

Milli.Az


Etiketlər:  Tamaşaçıdan efirdə Cavan Zeynallıya evlilik təklifi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ