Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 17:10
Türkiyəli aktrisa Ezgi Molanı 7 il təqib edərək ona sataşma xarakterli mesajlar göndərdiyi iddia edilən 40 yaşlı Kamal adlı şəxsə veriləcək cəza məlum olub.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, aktrisaya sosial şəbəkədə mesajlar yollayaraq və küçədə onu izləyərək təhdid edən şəxsin 1 il 5 gün müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
Hakim qarşısına çıxan Kamal adlı şəxs bu fikirləri səsləndirib:
"Məqsədim tanışlıq olub. Göndərdiyim mesajların cinsi təcavüz xarakterli olması ilə bağlı iddiaları qəbul etmirəm".
Hakim qərarın açıqlanmasını növbəti məhkəməyə saxlayıb.