Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə'' liderliyini davam etdirir

''Zirə'' liderliyini davam etdirir

Tarix: 12 Noyabr 2023 19:12

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 64-cü dəqiqədə penaltidən Qismət Alıyev vurub.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "qartallar" liderliyini davam etdirir. "Qəbələ" 8 xalla sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, tura bu gün oynanılacaq "Qarabağ" - "Səbail" görüşü ilə yekun vurulacaq. Əvvəlki matçlarda "Kəpəz" "Araz-Naxçıvan"ı (1:0), "Sumqayıt" "Neftçi"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:2) məğlub edib.


Etiketlər:  Zirə liderliyini davam etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ