Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müəllimim məni qaçqın adlandırıb, məktəbdən qovulmağımı istəyirdi'' - VİDEO

''Müəllimim məni qaçqın adlandırıb, məktəbdən qovulmağımı istəyirdi'' - VİDEO

Tarix: 13 Noyabr 2023 04:20

"Bəzən aşağılandığımız günləri boynumuza almaq istəmirik. Hətta məktəbdə müəlliməm məni aşağılamışdı. Demişdir ki, "Qaçqın da qışda məktəbə "basanojka" ilə gələr?"... O məktəbdə təhsil müdirəsi idi. Onun 38 yaşı vardı. O zamanlar isə mən 5-ci sinifdə oxuyurdum. Bu sözü deyən bir müəllimdir. Müəllim sözünü də ucuşlaşdırmaq istəmirəm. Çünki o qəlbimi ağır dərəcədə qırıb".

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi bildirib ki, müəlliməsi onu 11 -ci sinifə kimi qaçqın adlandıraraq, məktəbdən qovulmasını istəyib: 

"O müəllimə məni bütün sinfin içində aşağılamışdı. O, düz 11-ci sinfə kimi məni aşağıladı, məndən əl çəkmədi. Çalışırdı ki, məktəbdən çıxım və ya qovulum. İncəsənət gimnaziyasında təhsil alırdım. Çox istedadlı bir uşaq idim. Oxuduğum 4 əsər "Qızıl fond"a salınıb. Ulu öndərimizin qarşısında oxuyurdum.

Hər zaman məndə bir əyər-əskiklik axtarırdı. Hər yerdə məcburi köçkün olduğumu söyləyib, məni aşağılayırdı. Allah onu bağışlasın. Şuşa alınandan sonra yenidən o hisslər qayıtdı...

Çünki istər-istəməz o günlərə qayıdırsan. Sanki lent kimi yaşadıqlarım gözümün önündən keçdi. Mən travmalarımı basdırdığıma görə həmin müəlliməni bağışlamışam. Bilirəm ki, həmin müəllimənin həyatında ağır günlər olub. Əlaqəm onunla yoxdur. Düşünürəm ki, o qadın məni anlamalı idi. Bir uşaq əgər "basanojka" ilə məktəbə gedirsə və valideyinlərindən ayrı məktəbin yataqxanasında qalırsa, gör nə vəziyyətdədir ki, elə bir ayaqqabı geyinib".


Etiketlər:  Müəllimim məni qaçqın adlandırıb məktəbdən qovulmağımı istəyirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ