Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nadir Bayramlı ehtiyac səbəbindən bu addımı atıbmış - VİDEO

Nadir Bayramlı ehtiyac səbəbindən bu addımı atıbmış - VİDEO

Tarix: 13 Noyabr 2023 14:10

Müğənni Nadir Bayramlıya efirdə gözlənilməz sürpriz olub.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, "İncə səhər" verilişinin heyəti sənətçinin 30 il əvvəl satdığı "VAZ-2106" avtomobilini üzə çıxarıb. 

Sözügedən nəqliyyat vasitəsini görən Nadir həyəcanlı anlar keçirib. Bayramlı bildirib ki, avtomobilini efirə çıxmaq üçün satmaq məcburiyyətində qalıb: 

"Çox həyəcanlandım. Bu, mənim ilk avtomobilim olub. Alış-verişimizi öz aramızda köhnə kursla etmişdik. Bu maşını məcburiyyətdən satmışdım. O zamanlar ifa etdiyim "Aman-aman bu qızların əlindən" mahnıma klip çəkdirməliydim. Məcbur olub maşını satdım və mahnıya klip çəkdirdim". 

Milli.Az


Etiketlər:  Nadir Bayramlı ehtiyac səbəbindən bu addımı atıbmış VİDEO


RƏYLƏR