Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ümumrespublika Psixologiya Forumu keçirildi - FOTO

Ümumrespublika Psixologiya Forumu keçirildi - FOTO

Tarix: 13 Noyabr 2023 17:20

"Psixoqamma Psixologiya Akademiyası" və "Təhsil Forumu" sosial platformasının təşkilati dəstəyi ilə Ümumrespublika Psixologiya Forumu keçirildi. Psixologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Limunət Əmrahlının rəhbəri olduğu akademiya  korreksiya və reabilitasiya sahəsində fəaliyyət göstərir.

Forumda dəyərli qonaqlar və iştirakçılar spikerlərin psixologiyanın aktual problemlərinə həsr olunmuş çıxışlarını dinlədi, görülən korreksiya və reabilitasiya işlərinin  praktik hissələrinə  dair videolarla tanış oldular.

Müzakirə edilən mövzular arasında təhsil müəssisələrində psixoloqların fəaliyyəti və onların üzləşdikləri problemlər, cəmiyyətdəki psixoloji problemlərin çözülməsi istiqamətində həllini gözləyən məsələlər, veteranlara və qazilərə psizoloji yardım və s. vardı.

Milli.Az


Etiketlər:  Ümumrespublika Psixologiya Forumu keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ