Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocalmanı ləngidən və arıqladan MEYVƏ

Qocalmanı ləngidən və arıqladan MEYVƏ

Tarix: 14 Noyabr 2023 01:57

Mütəxəssislər qocalmanı ləngidən və arıqlamağa kömək edən meyvəni açıqlayıblar. 

Milli.Az lent.az-a istinadən bildirir ki, gavalı gəncliyi və bədən formasını fit saxlayan meyvə növüdür. Onun tərkibində A və C vitaminləri, kalsium, fosfor, pektinlər, antioksidantlar və bor var.

Bütün bu komponentlər əzələləri və sümükləri gücləndirməyə kömək edir və hətta qocalma prosesini yavaşladır. Gavalının həm də yaddaşı yaxşılaşdırmağa kömək etdiyi bildirilir.

Bunlarla yanaşı, bu meyvənin də arıqlamaq üçün alternativ qida növü olduğu da qeyd olunur. Çünki gavalı insana toxluq hissi verir, şəkər səviyyəsini sabit saxlayır və çəkini nəzarət altında saxlamağa kömək edir.

Bundan əlavə, gavalı qəbizliyə qarşı da təsirlidir. Onun tərkibindəki dəmir qan azlığının qarşısını alır.  Gavalı həm təzə, həm də qurudulmuş halda faydalıdır. 

Milli.Az


Etiketlər:  Qocalmanı ləngidən arıqladan MEYVƏ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ