Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızlar təhsil almasın, uşaq doğsun! - Deputat

Qızlar təhsil almasın, uşaq doğsun! - Deputat

Tarix: 14 Noyabr 2023 08:50

Rusiya hakimiyyəti ölkəni demoqrafik bataqlıqdan çıxarmaq üçün qızların mənəvi-əxlaqi tərbiyəsi ilə ciddi məşğul olmalıdır.

Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Marqarita Pavlova deyib.

Xanım deputat demoqrafik böhranın həlli üçün gənclər, xüsusən qızlar üçün ali təhsilin məhdudlaşdırılmasını təklif edib.

Pavlovanın sözlərinə görə, qızları təhsilə deyil, uşaq sahibi olmağa yönləndirmək gərəkdir:

"Ali təhsil alan gənclərin sayını çoxaltmaqdan əl çəkməliyik. Bu, onlara heç nə verməyəcək. Onlar ya tamam başqa sahədə çalışır, ya da fərqli nələrsə edir... Bu özünüaxtarış uzun illər davam edir və nəticədə reproduktiv funksiya getdikcə itir".


Etiketlər:  Qızlar təhsil almasın uşaq doğsun Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ