Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaşinqtonda İsrailə dəstək yürüşü keçirilir

Vaşinqtonda İsrailə dəstək yürüşü keçirilir

Tarix: 14 Noyabr 2023 23:44

Vaşinqtonun mərkəzi bulvarında İsrailə dəstək məqsədi ilə "İsrail üçün yürüş" adlı kütləvi aksiya keçirilir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, səhər tezdən yürüş iştirakçıları Corc Vaşinqton abidəsi yaxınlığında, eləcə də Kapitol binasının qarşısına toplaşıblar. Onlar "Biz İsrailin yanındayıq!", "Atəşkəs yoxdur!", "Yəhudilərin həyatı əhəmiyyətlidir", "HƏMAS-ı məhv edin" kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların dərhal azad edilməsini tələb edirlər.

Yürüş Amerika yəhudi icmalarının çətir təşkilatı - Şimali Amerika Yəhudi Federasiyaları tərəfindən təşkil olunub.


Etiketlər:  Vaşinqtonda İsrailə dəstək yürüşü keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ