Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evlənmək uğrunda mübarizə: Bu ölkədə onlar üçün gəlin tapılmır

Evlənmək uğrunda mübarizə: Bu ölkədə onlar üçün gəlin tapılmır

Tarix: 15 Noyabr 2023 06:52

Hindistanın cənub-qərbindəki Karnataka əyalətində fermerlər kənd yerlərində gəlin qıtlığı ilə bağlı ictimaiyyəti məlumatlandırmaq üçün yürüş keçirməyə hazırlaşırlar.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Times of India" yazır.

Fermerlərin fikrincə, ölkədə qadınların kənd həyatında yaşamaq istəməməsi "nikah böhranı"na gətirib çıxarıb.

"Biz heç bir cehiz istəmirik. Biz onlara kraliça kimi yanaşırıq. Amma buna baxmayaraq, ailələr qızlarını bizə vermək istəmirlər", - deyə 30 yaşlı fermer Santoş bildirib. Onun sözlərinə görə, dekabrda keçirilməsi planlaşdırılan yürüşün məqsədi bu sosial problemə diqqət çəkməkdir.

Son illərdə Hindistan kəndlərində toyların sayı iki dəfə azalıb. Hətta fermer atalar da qızlarını qonşu oğlanlara ərə vermək istəmirlər, şəhərlərə oxumağa göndərirlər və ya qızlarına ciddi peşəsi, sabit gəliri olan şəhər sakinləri arasından namizəd axtarırlar.

Nəticədə arvad tapmaq fermerlərə, bəzən hətta illər deyil, onilliklər tələb edir. Bu problem çox vaxt intiharla nəticələnir.

Qeyd edək ki, Hindistanda fermerlərin ümumi sayının orta hesabla 100 milyon olduğu təxmin edilir.


Etiketlər:  Evlənmək uğrunda mübarizə ölkədə onlar üçün gəlin tapılmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ