Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 14:05
"Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı".
Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib.
Aparıcı ad çəkmədən 3 il öncə Zəfər günündə ona pislik edən insana səslənib:
"Zəfər günü oyun qurub məni efirə çıxmağa qoymadılar. Onu heç vaxt bağışlamaram. Nə olursa, olsun. Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı.
Mən vaxtilə ermənilərin törətdiyi vəhşilikləri gözümlə görmüşəm. O ağır günlər heç vaxt yadımdan çıxmır.
Atam səngərdə kəndi qoruyurdu, üzünü görmürdük, gecə-gündüz növbə çəkirdilər. Ona görə də deyirəm, səni o dünyada da bağışlamayacağam. Bunu bil".