Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır''

''Ermənistan yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır''

Tarix: 15 Noyabr 2023 18:02

"KTMT ilə münasibətlər kontekstində fundamental problem təşkilatın Ermənistanda məsuliyyət sahəsini müəyyən etməkdən faktiki imtina etməsidir".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, İrəvan KTMT missiyasının Ermənistana göndərilməsindən imtina etməyib, onun harada fəaliyyət göstərəcəyini müəyyənləşdirməyi xahiş edib.

"KTMT isə Ermənistanın təhlükəsizliyinə təhdidlərlə bağlı İrəvanın çoxsaylı bəyanatlarına heç vaxt cavab verməyib", - Ermənistan hökumətinin başçısı bildirib.

O, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtardıqlarını qeyd edib: "Hazırda hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər siyasi kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyil, əks halda bu, uyğunsuzluğa səbəb olacaq".


Etiketlər:  Ermənistan yeni tərəfdaşlar yeni silah tədarükçüləri axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ