Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-dan Ukraynaya ağır zərbə - Rusiyadan Pentaqona çatdırılırmış

ABŞ-dan Ukraynaya ağır zərbə - Rusiyadan Pentaqona çatdırılırmış

Tarix: 15 Noyabr 2023 22:32

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ikinci ilində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərkibində Rusiya neftinin izləri olan yanacaq alır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Neft Yunanıstanın "Motor Oil Hellas" neft emalı zavodundan alınır. Müəssisə "qara qızıl"ı Türkiyədən tədarük edir. Nəşr yazır ki, bu, neftin Rusiyaya aid olduğunu gizlətməyə və sanksiyalardan yayınaraq satmağa imkan verir.

Qəzet vurğulayır ki, Yunanıstanın Egey dənizi sahilində yerləşən "Motor Oil Hellas" satdığı məhsullarda Rusiya izini gizlətməyə çalışır. Yunan zavodu Rusiyanın neft nəhəngi "Rosneft"in neft məhsullarını qəbul edən Türkiyənin "Dörtyol" terminalından mazut alır.

Ekspertlər "Dörtyol"dan "Motor Oil Hellas"a tədarük olunan böyük həcmdə mazutun, eləcə də saxlama zamanı müxtəlif mənşəli məhsulların qarışdırıldığını güman edirlər.

"Nəticədə böyük həcmdə rus məhsulu qarışığa daxil olur. Pentaqonun Yunanıstanda aldığı Rusiya neft məhsullarının dəqiq həcmini müəyyən etmək mümkün olmayıb", - ABŞ nəşri qeyd edir.

VP-nin məlumatına görə, Rusiya neftinə qarşı sanksiyalar tətbiq edildikdən sonra Pentaqon Yunanıstanın neft emalı zavodu ilə təxminən 1 milyard dollar dəyərində müqavilələr imzalayıb.

ABŞ ordusu üçün yanacaq tədarük edən Pentaqonun Müdafiə Logistika Agentliyinin nümayəndəsi Co Yosva iddia edir ki, qurum yanacaqda Rusiya izlərindən xəbərsizdir.

"Motor Oil Hellas" Rusiya neftinin alınması ilə bağlı iddiaları yalanlayır.

ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bu ölkənin neft sektoruna sanksiya tətbiq etmişdi.

Milli.Az


Etiketlər:  ABŞ dan Ukraynaya ağır zərbə Rusiyadan Pentaqona çatdırılırmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ