Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ hərbi gəmisi Yəməndən buraxılan PUA-nı vurub

ABŞ hərbi gəmisi Yəməndən buraxılan PUA-nı vurub

Tarix: 16 Noyabr 2023 09:02

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Yəməndən buraxılan pilotsuz uçuş aparatını Qırmızı dənizdə vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" iki amerikalı məmura istinadən məlumat yayıb.

Belə ki, adının açıqlanmasını istəməyən səlahiyyətlilər, "Arli Byork" sinifli "Tomas Hadner" esminesinin bu səhər tezdən PUA vurduğunu bildiriblər.

Ehtimal edilir ki, bu, İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri ABŞ-ın öz döyüş gəmiləri yaxınlığında raketlə vurduğu ikinci PUA-dır.

Milli.Az


Etiketlər:  ABŞ hərbi gəmisi Yəməndən buraxılan PUA vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ