Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolik özündən çıxdı - Kim istəmirsə durub getsin - VİDEO

Tolik özündən çıxdı - Kim istəmirsə durub getsin - VİDEO

Tarix: 16 Noyabr 2023 17:35

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) canlı yayım zamanı yaranan qüsurlara əsəbiləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, efirdə "Tarixin bir günü" proqramının yaradıcı heyətini işləməməkdə günahlandırıb. Yayım zamanı studiyada monitorlarda yaranan qüsurlar onu özündən çıxarıb:

"Arxa görüntünü dəyişin, qaranlıq düşürəm. Hər şeyi mən etməliyəm? Beş kamera çəkən var, heç kim baxmır. Deyirlər 2 saat bitsin, təki veriliş olsun. İfaçı oxuyur, onu göstərmirlər. Bu verilişə görə canımı belə verirəm. Heç bir operator, rejissor, redaktor yolaverdi işləməyin. Kim istəmirsə durub getsin. Mən necə əziyyət çəkirəmsə, siz də elə əziyyət çəkin".

Milli.Az


Etiketlər:  Tolik özündən çıxdı Kim istəmirsə durub getsin VİDEO


RƏYLƏR