Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 19:05
Cənubi Koreyalı müğənni Nahee son konsertindən iki həftə keçməmiş dünyasını dəyişib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, K-popun məşhur adlarından biri olan Nahee 24 yaşında dünyasını dəyişib.
Nahee'nin səsyazma şirkəti Mun Hwa kədərli xəbəri sosial şəbəkədə açıqlayıb.
Səsyazma şirkətindən verilən açıqlamada, "Müğənni və bəstəkar Nahee dünyamızı tərk etdi. O, səmada ulduz oldu. Qəfil xəbəri Naheeyə dəstək olan və sevən bütün pərəstişkarlarına çatdırdığım üçün üzr istəyirəm. Biz də dərin hüznlə başsağlığı veririk".
Son konsertindən iki həftə keçməmiş dünyasını dəyişən Naheenin ölüm səbəbi ilə bağlı açıqlama verilməsə də, gənc müğənninin qəfil ölümü onun pərəstişkarlarını sarsıdıb.