Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 19:52
Rusiyanın Həştərxan vilayətində yaşayış binasının bir hissəsi uçub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, hadisə ilə bağlı təcili qərargah yaradılıb.
O qeyd edib ki, bina sakinləri üçün 3 məktəbin bazasında müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, sakinlər isti yemək və su ilə təmin olunublar.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 200-dən çox insan təxliyə edilib.