Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nüfuzlu nəşrdən 2024-cü il üçün proqnozlar: Dünya valyutalarının ucuzlaşması, seçkilər və... - FOTO

Nüfuzlu nəşrdən 2024-cü il üçün proqnozlar: Dünya valyutalarının ucuzlaşması, seçkilər və... - FOTO

Tarix: 16 Noyabr 2023 23:16

Britaniyanın "The Economist" jurnalı 2024-cü ildə dünyada baş verə biləcək mühüm hadisələr barədə proqnozlarını paylaşıb. Ehtimallar jurnalın üz qabığında kollaj şəklində təsvir olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şəklin mərkəzində dünyanın bir çox ölkələrində seçkilərin keçirildiyini göstərən seçki qutusu var.

Onun üstündə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski bir-birinə baxırlar. Eyni zamanda Zelenskinin başının üstündə bombalar, Putinin üstündə isə sülh danışıqlarını simvolizə edən göyərçin təsvir edilib. Hər iki siyasətçinin yanında vaxtı bitmək üzrə olan qum saatı təsvir olunub.

Kolajın aşağı hissəsində ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Cinpin var (Rusiya və Ukrayna liderlərindən fərqli olaraq, onlar əks istiqamətlərə baxırlar). Onlardan ayrılan budaq Cənubi Amerika və Cənub-Şərqi Asiyanın vurğulandığı qlobusa birləşir. Hər iki siyasətçinin şəkillərinin altında faydalı qazıntıları təsvir edən nişanlar var.

Bundan əlavə, nəşr kollajda süni intellektin gələcək inkişafını proqnozlaşdırıb, onu şəklin mərkəzi hissəsində yerləşdirib.

Nümayiş olunan digər tendensiya dünya valyutalarının ehtimal olunan düşməsi ilə bağlı qrafikdir. Diaqramın yanında dollar, avro, funt sterlinq və ien ikonları var.

Beləliklə:

- planetdə 4,2 milyarddan çox insanın yaşadığı 70-dən çox ölkədə seçkilər keçiriləcək. Bu seçkilər gələcəyi müəyyən edəcək;

- süni intellekt yeni fürsətlərlə yanaşı böyük təhlükədir. Rəqəmsal nəzarət bpyük miqyas alacaq;

- qlobal iqtisadiyyatda və ticarətdə tənəzzül qaçılmazdır;

- Ukrayna və Rusiya arasında müharibə vaxtı bitir - Zelenski və Putin üz-üzədir;

- Sülhə, Trampın qələbəsinə can atan Putinin hesabı özünün doğruldacaqmı?

- Zelenski müharibəni davam etdirmək istəyir, amma onun yerinə qadın gələcək. Bu Yelena Zelenskaya olacaq;

- ABŞ iqlim, yaşıl enerji, enerji çatışmazlığı, nadir metallar və Arktika məsələlərində diqqətini cəmləyib;

- Çin ucuz enerjiyə, nadir metallara, elektrik nəqliyyat vasitələrinə və qızılın yığılmasına fokuslanıb;

- ABŞ və Çinin maraqları Cənubi Amerika və Cənub-Şərqi Asiyada toqquşacaq. Bayden və Si Cinpinin maraqları fərqlidir, onlar əks istiqamətlərə baxırlar.

Milli.Az


Etiketlər:  Nüfuzlu nəşrdən 2024 il üçün proqnozlar Dünya valyutalarının ucuzlaşması seçkilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ