Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Borrell bizi hansı ordu ilə qoruyacaq? - Babacanyan

Borrell bizi hansı ordu ilə qoruyacaq? - Babacanyan

Tarix: 17 Noyabr 2023 00:46

Ermənistanın Baş naziri Nikol Paşinan noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitindən imtina etməklə bağlı ay yarım əvvəl komanda yoldaşlarına məlumat vermişdi. Hökumətin müxtəlif nümayəndələri Ermənistanın gündəmində KTMT-dən çıxmaq məsələsinin olmadığını bildirsələr də, Ermənistanla KTMT arasındakı münasibətlər uzun müddət bir yerdə yaşamayan, bir-birini müxtəlif məsələlərdə ittiham edən, söyən ər-arvadın davranışlarına bənzəyir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni ekspert Avetis Babacanyan qeyd edib.

Onun sözlərinə görə, Paşinyanın KTMT sammitində iştirak etməməsi və son bir ildə KTMT-nin bütün tədbirlərini boykot etməsi faktiki olaraq o deməkdir ki, o, Rusiya tərəfindən verilən təhlükəsizlik zəmanətlərini sabit və etibarlı hesab etməyərək, ondan imtina edir:

"Əvəzində, görünür, Ermənistan AB timsalında yeni təhlükəsizlik təminatçıları tapıb, onları daha etibarlı və səmərəli hesab edir. Paşinyanın Minskə getməkdən imtina etməsindən bir neçə saat əvvəl AB-nin xarici siyasət komissarı Jozep Borrell Ermənistana Rusiyanın çoxdan vermədiyi şeyi verdi: "təhlükəsizlik zəmanəti". Borrell AB xarici işlər nazirlərinin görüşündən sonra dedi: "Bizim Azərbaycana mesajımız çox aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması qəbuledilməzdir və bizim münasibətlərimizin keyfiyyətinə çox ciddi təsir edəcək. Biz Ermənistan və Azərbaycanı danışıqlara çağırırıq, sülh sazişi imzalanmalıdır və biz vasitəçi rolumuza sadiqik". Bu bəyanatdan əlavə, AB xarici işlər nazirlərinin görüşü zamanı Ermənistanda AB-nin müşahidə missiyasının "sərhədin problemli ərazilərində daha çox patrul xidməti" məntiqi ilə genişləndirilməsi barədə qərar qəbul edilib.

Deyəsən, hər şey normaldır. AB Ermənistanın təhlükəsizliyinin yeni qarantı rolunu öz üzərinə götürür. Bir tərəfdən Ermənistanın təhlükəsizliyinə əsas təhlükə barədə xəbərdarlıq edir, Ermənistanın ərazi bütövlüyünə qəsdin ağır nəticələri ilə bağlı Azərbaycanı hədələyir, digər tərəfdən Ermənistanda AB patrullarının sayını artırır. Bəs AB-nin xəbərdarlıqları Azərbaycana nə dərəcədə təsir edəcək? Bunu başa düşməyin yalnız bir yolu var. Azərbaycanın AB və onun xarici siyasət komissarının əvvəlki xəbərdarlıq və çağırışlarını necə reaksiya verdiyini yada salmaq".

O bildirib ki, iyulun 27-də Azərbaycan Qarabağın "blokadasını" davam etdirərkən, o cümlədən 1 sentyabrda İspaniyanın Toledo şəhərində analoji toplantısından sonra Avropa diplomatiyasının rəhbəri Borrell Azərbaycan hakimiyyətini Laçın dəhlizi ilə təhlükəsiz və maneəsiz hərəkəti təmin etməyə çağırmışdı, sentyabrın 19-da isə Azərbaycan Ordusunun hücumu zamanı Borrell yeni bəyanatla çıxış etdi, dedi ki, AB təmas xətti boyunca və Qarabağın digər ərazilərində hərbi eskalasiyanı pisləyir. Nəticə nə oldu?

"Borrellin təcavüzü dayandırmaq üçün heç bir mexanizmi, aləti yoxdur. Ola bilsin ki, həmin vaxt çağırış olsun, bəyanat olsun, ola bilsin ki, məsələn, Rusiya məsələsində olduğu kimi, hansısa sanksiyalar tətbiq olunsun, AB-nin bundan sonra Azərbaycan qazını 300 avroya deyil, 200 avroya alacağı elan edilsin.

AB-nin təhlükəsizlik konsepsiyası Amerikanın hərbi dəstəyinə, Amerika hərbi bazalarına və Amerika nüvə çətirinə əsaslanır. Rusiyanın qeyri-qənaətbəxş təhlükəsizlik təminatlarını rədd edərək, bizi bəyannamələrdən başqa heç nə ilə dəstəklənməyən daha sarsıntılı, daha etibarsız AB zəmanətlərinə arxalanırıq", - o vurğulayıb.


Etiketlər:  Borrell bizi hansı ordu ilə qoruyacaq Babacanyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ