Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal'' evdə büdrədi

''Arsenal'' evdə büdrədi

Tarix: 6 May 2019 00:52

İngiltərə Premyer Liqasında 37-ci turun daha bir oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, "Arsenal" doğma meydanda "Brayton"u qəbul edib. "Topçular" erkən qolla hesabı açsalar da, ikinci hissədə üstünlüyü əldən veriblər və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


5 may

"Arsenal" - "Brayton" - 1:1
Qollar:
P. Emerik-Obameyanq, 9-penalti (1:0), Q. Mürrey, 61-penalti (1:1)


Qeyd edək ki, bu heç-heçədən sonra "Arsenal" 67 xalla 5-ci pillədə qalıb. Unai Emerinin komandası ilə "Tottenhem" arasında 3 xallıq fərq olsa da, sona 1 tur qalmış "topçular"ın ilk 4-lükdən kənarda qalması rəsmiləşib. Bununla da "Mançester Yunayted"dən sonra "Arsenal" da Premyer Liqadan Çempionlar Liqasına vəsiqə şansını itirib. 36 xalı olan "Brayton" isə 17-cidir.
 


Etiketlər:  Arsenal evdə büdrədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ