Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb

Tarix: 17 Noyabr 2023 15:12

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında "Əsasnamə" və "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu" təsdiq edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.


Etiketlər:  Suların İstifadəsinə Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ