Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-dan ermənilərə cavab: “Birbaşa Azərbaycanla danışın”

ABŞ-dan ermənilərə cavab: “Birbaşa Azərbaycanla danışın”

Tarix: 17 Noyabr 2023 21:57

"Amerikanın Səsi"nin erməni xidməti ABŞ Dövlət Departamentindən rəsmi Bakının hansısa Qərb platformasında görüş istəmədiyini "əsas" gətirərək, Vaşinqtonun Ermənistan-Azərbaycan danışıqlarında növbəti addımının necə olacağını soruşub.

Sorğuya cavab olaraq Dövlət Departamenti iki ölkə arasında birbaşa danışıqların vacibliyini vurğulayıb.

"Birləşmiş Ştatlar hamının hüquqlarına hörmət edildiyi ədalətli və davamlı sülhə nail olmaq üçün hər iki ölkənin rəhbərliyini cəlb etməyə davam edir. Hesab edirik ki, Ermənistan və Azərbaycan üçün məsələləri birbaşa şəkildə müzakirə edib həll etmək vacibdir", - Departamentin açıqlamasında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı dövlət katibinin köməkçisi Ceyms Obraynın bəyanatlarına cavab verib. XİN bunları "qərəzli, səmərəsiz, əsassız və qəbuledilməz" adlandırıb. Bundan sonra XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşünü ləğv etdiklərini açıqlayıb.

Milli.Az


Etiketlər:  ABŞ dan ermənilərə cavab Birbaşa Azərbaycanla danışın


RƏYLƏR