Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabad polisi bu sahibkarı cərimələdi

Sabirabad polisi bu sahibkarı cərimələdi

Tarix: 17 Noyabr 2023 22:50

Sabirabad Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində birgə keçirdikləri növbəti tədbir zamanı rayon ərazisində yerləşən avtomobil təmiri məntəqələrinin birinin ətrafında təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkar edilib.

Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Milli.Az


Etiketlər:  Sabirabad polisi bu sahibkarı cərimələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ