Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail - HƏMAS müharibəsində 5 günlük fasilə?

İsrail - HƏMAS müharibəsində 5 günlük fasilə?

Tarix: 19 Noyabr 2023 12:42

ABŞ, İsrail və Fələstinin radikal HƏMAS təşkilatı döyüşlərdə beş günlük fasilə və girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxındırlar.

Sonxeber.net xəbər verir ki, bu barədə "Qafqazinfo" "The Washington Post"a istinadən xəbər verir.

"Tərəflər müqavilə bağlamağa yaxındırlar, döyüşlərdə beş günlük fasilə zamanı Qəzza zolağında girov saxlanılan onlarla qadın və uşaq azad ediləcək" - mənbə nəşrə bildirib.

Məlumata görə, altı səhifəlik razılaşma münaqişənin bütün tərəflərinin ən azı beş gün ərzində hərbi əməliyyatları donduracağını nəzərdə tutur.

İddiaya görə, sənəd ABŞ, İsrail və HƏMAS-ı təmsil edən Qətər vasitəçilərinin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələrdən sonra razılaşdırılıb.


Etiketlər:  İsrail HƏMAS müharibəsində günlük fasilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ