Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piyadaların hərəkətini çətinləşdirənlərlə bağlı tədbir görüldü - FOTO

Piyadaların hərəkətini çətinləşdirənlərlə bağlı  tədbir görüldü - FOTO

Tarix: 20 Noyabr 2023 19:30

Paytaxtın Nizami və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən küçə ticarəti, antisanitariya, ətraf mühitin çirkləndirilməsi, çirkab suların küçəyə axıdılması və digər hallara qarşı tədbirlər keçirilib.

Milli.Az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət, tullantıların qalaqlanması, həmçinin iaşə obyektlərindən çirkab suların küçəyə axıdılması halları polis əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Hüquqpozmalara yol verən şəxslərlə izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az


Etiketlər:  Piyadaların hərəkətini çətinləşdirənlərlə bağlı tədbir görüldü FOTO


RƏYLƏR