Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Canni De Byazi göndərilir? - AFFA-dan açıqlama

Canni De Byazi göndərilir? - AFFA-dan açıqlama

Tarix: 20 Noyabr 2023 21:12

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Milli Assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovun sözlərinə görə, Canni De Byazi barəsində jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görüləcək.

"AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Dəqiq nə vaxt tədbir görüləcəyini deyə bilmərəm. Lakin hesab edirəm ki, İcraiyyə Komitəsinin iclası gözlənilir, orada bu məsələ müzakirə olunacaq", - deyə o, əlavə edib.

V.Sadıqov onu da qeyd edib ki, Canni De Byazinin müqaviləsinin uzadılıb uzadılmayacağı ilə bağlı hələlik danışıqlar getmir.

"Ona görə ki, ayın axırına qədər hələ ki, müqaviləsi var. İcraiyyə Komitəsinin iclasında bu məsələ də müzakirə olunacaq. Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. Bu da bizə bu mövzunu ciddi müzakirə etməyə vadar edir", - deyə o, qeyd edib.

Milli.Az


Etiketlər:  Canni De Byazi göndərilir AFFA dan açıqlama


RƏYLƏR