Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messinin sirrini açdı: Buna görə dünya kubokunu qazandı

Messinin sirrini açdı: Buna görə dünya kubokunu qazandı

Tarix: 20 Noyabr 2023 21:44

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe futbolçuların irəliləyiş üçün dəyişməsinin vacib olduğunu deyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, nümunə kimi "İnter Mayami"nin hücumçusu Lionel Messini göstərib:

"Bilirsiniz, futbol öz vaxtını, tempini diktə edir. Dəyişməsən, vəziyyət dəyişir və unudulursan. Hətta ən böyüklər də nəyisə dəyişməli olublar. Məsələlən, mən Messi ilə oynadım və o, oyununu dəyişdi. PSJ-də "Barselona"da olduğu kimi eyni oyunçu deyildi. Bu, Leoya dünya kubokunu, kollektiv və fərdi titulları qazanmağa imkan verdi".

Qeyd edək ki, Mbappe 2021-2023-cü illərdə Messi ilə PSJ-də komanda yoldaşı olub.

Milli.Az


Etiketlər:  Messinin sirrini açdı Buna görə dünya kubokunu qazandı


RƏYLƏR