Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 09:00
İtaliyada "Ndrangheta" mafiya qrupu ilə bağlı keçirilən məhkəmədə hakim 322 müttəhimə ümumilikdə 2 200 il həbs cəzası verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Kalabriyanın cənub bölgəsindəki Lamezia-Terme şəhərində müttəhimlər kürsüsündə həm qanqster sindikatının üzvləri, həm də mafioz strukturlarla sıx əməkdaşlıq etmiş siyasi dairələrin nümayəndələri olub.
Vibo-Valentiya tribunalının üç qadın hakimi hökmü müzakirə etmək üçün 36 gün təhlükəsiz, mühafizə olunan yerdə saxlanılıblar. Hökmü oxumaq 1 saat 40 dəqiqə çəkib və prosesin 207 iştirakçısı təqsirli bilinib.