Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atom sualtı qayığı fəlakətin bir addımlığından döndü - FOTO

Atom sualtı qayığı fəlakətin bir addımlığından döndü - FOTO

Tarix: 21 Noyabr 2023 20:48

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus olan "Vanguard" sinfinə aid atom sualtı qayığı dərinlikölçən sensorun nasazlığına görə batmaq üzrə olub. Hadisə vaxtı gəminin göyərtəsində 140 nəfər olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki,  "Trident 2" ballistik raketləri daşıyan sualtı qayıq Atlantik okeanında patrul xidmətinə hazırlaşanda onun dərinlikölçən sensorları sıradan çıxıb. Nəticədə sualtı qayıq nasazlıqdan xəbərsiz heyətlə "təhlükə zonasına" daxil olmaq üzrə olub. Sualtı qayığın arxa hissəsində olan mühəndislər ikinci dərinlikölçən vasitəsilə son anda nasazlığı görüblər və dərhal həyəcan siqnalı veriblər.

Mənbə təhlükəsizlik səbəbindən söhbətin hansı sualtı qayıqdan getdiyini və hadisənin hansı dərinlikdə baş verdiyi deməyib.

Britaniya komandanlığı hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Böyük Britaniyada cəmi dörd "Vanguard" sinifli atom sualtı qayığı var - "HMS Victorious", "HMS Vanguard", "HMS Vigilant" və "HMS Vengeance". Onların hamısı "Trident" nüvə ballistik raketləri ilə silahlanıb. Bu dörd sualtı qayıqdan yalnız ikisi istismara yararlıdır.


Etiketlər:  Atom sualtı qayığı fəlakətin addımlığından döndü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ