Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə innovativ texnologiyalar sahəsindəki imkanlarını gücləndirir – Mehmet Fatih Kacır

Türkiyə innovativ texnologiyalar sahəsindəki imkanlarını gücləndirir – Mehmet Fatih Kacır

Tarix: 21 Noyabr 2023 23:24

Türkiyə innovativ texnologiyalar sahəsindəki imkanlarını gücləndirir.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır Trabzon Universiteti Süni İntellekt və Robotik Kodlaşdırma Mərkəzinin açılışında deyib.

"Türkiyə Yüzilində daha böyük uğurlara imza atmaq üçün, milli PUA-larımızı və Türkiyənin avtomobilini inkişaf etdirərkən, innovativ texnologiyalar sahəsində səlahiyyətlərimizi daha da gücləndirməyə diqqət edəcəyik" - deyə nazir bildirib.

Kacır rəqəmsal texnologiya, xüsusilə də süni intellekt sahələrində çox böyük dəyişikliklərin olduğuna diqqət çəkib.

"Biz Türkiyə olaraq rəqəmsallaşmanın gətirdiyi bu yeni dünya nizamında istehsalçı və siyasət aparan bir güc olmağımıza imkan verəcək insan resursları infrastrukturunu qururuq. Qara dənizin innovativ elm bazası olan Trabzon Universitetinin tərkibində həyata keçirilən bu mərkəzlə biz gənclərimizin rəqəmsal bacarıqlarını inkişaf etdirir, gənclərin məşğulluğunu və sahibkarlığını dəstəkləyirik" - deyə o qeyd edib.

Kacır, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 21 ildə nəhəng bir Ar-Ge (araştırma-geliştirme) və innovasiya ekosistemi qurduqlarını bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə innovativ texnologiyalar sahəsindəki imkanlarını gücləndirir Mehmet Fatih Kacır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ