Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 15:52
İranın Lorestan əyalətinin Zaqros dağlarında Oştoran Kux dağının ətəyində qar uçqunu baş verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə bir qrup alpinist uçqun altında qalıb.
Lorestan Tibb Elmləri Universitetinin yerli tibb rəsmisinin sözlərinə görə, 9 alpinist itkin düşüb, onlardan beşinin cəsədi sonradan tapılıb.
Dörd nəfəri xilas etmək mümkün olub. Onlar xəstəxanaya yerləşdirilib.