Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ermənistana qadağa qoydu

Rusiya Ermənistana qadağa qoydu

Tarix: 25 Noyabr 2023 20:28

Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının "Yuxarı Lars" keçid məntəqəsindən keçməsinə icazə vermir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası yazıb.

Bildirilir ki, səbəb kimi fitosanitar standartların pozulması göstərilir.

Erməni ekspertlər isə bunun "siyasi" olduğunu iddia edirlər. Qeyd edilir ki, xeyli ixracatçı bu gün çətinliklə üzləşib, alma, çiyələk, balıq məhsulları, hətta it yemi geri qaytarılıb.

Qeyd edək ki, Yuxarı Lars yolunun hava şəraiti ilə əlaqədar yük maşınları üçün bağlandığı haqda məlumat yayılmışdı.

Milli.Az


Etiketlər:  Rusiya Ermənistana qadağa qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ