Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qan xərçənginin müalicəsi üçün yeni üsul tapıldı

Qan xərçənginin müalicəsi üçün yeni üsul tapıldı

Tarix: 26 Noyabr 2023 01:33

Almaniyanın Qalle-Vittenberq Universitetinin tədqiqatçıları MYNRL15 geninin aktivliyinin azaldılmasının leykoz zamanı xərçəng hüceyrələrinin sağ qalma riskinin aşağı düşməsi ilə nəticələndiyini aşkar ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə araşdırmanın nəticələri "İscience" nəşrində dərc olunub.

Aparılan tədqiqat dəyişdirilmiş ağ qan hüceyrələrinin sürətlə çoxaldığı kəskin miyelogen leykemiyanın (AML) araşdırılmasına yönəlib. Bu hüceyrələr sümük iliyində yığılaraq normal qan hüceyrələrinin böyüməsinə maneə törədirlər ki, bu da eritrositlərin (qırmızı qan hüceyrələrinin), trombositlərin (qanın laxtalanmasına məsul olan hüceyrələr) və normal leykositlərin (ağ qan hüceyrələrinin) sayının azalmasına səbəb olur.

Alimlər dəyişdirilmiş (xərçəng) hüceyrələrin sağ qalma və çoxalma sürətinin xüsusi sayılan MYNRL15 geninin fəaliyyətindən qaynaqlandığını aşkar ediblər. Bu genin aktivliyinin azaldılması genomun üçölçülü strukturu olan xromatinin yerləşmə strukturundakı dəyişiklik sayəsində şiş hüceyrələrinin nəzarətsiz bölünmə qabiliyyətini itirməsinə səbəb olub. Genomların əksəriyyəti (insan və bütün digər hüceyrəli canlıların) DNT-sindən qurulur. Xromatinin lokal strukturunun transformasiyası genin aktivliyinə nəzarət prosesinin tərkib hissəsidir. Bu müdaxilə AML hüceyrələrinin yaşaması üçün zəruri olan genlərin zərərsizləşdirilməsi ilə nəticələnib.

Bildirilib ki, sözügedən araşdırma leykemiyanın müalicəsi üçün yeni imkanlar yaradacaq. Xərçəng hüceyrələrinin MYNRL15 genindən asılılığı genetik terapiyanın özünəməxsus metodlarının işlənib hazırlanması üçün istifadə edilə bilər.

Milli.Az


Etiketlər:  Qan xərçənginin müalicəsi üçün yeni üsul tapıldı


RƏYLƏR