Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 10:39
Bakı. Samir Əli - Trend:
Noyabrın 4-də Hacıqabul rayon sakini bir qadın DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul RPŞ-yə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 2715 manat olan məişət və geyim əşyalarının oğurlanması ilə bağlı məlumat verib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Məhəmmədəli Abdullayev saxlanılıb. Dindirilmə zamanı M.Abdullayev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin