Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Tarix: 6 Noyabr 2019 10:45

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 4-də 67,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,52 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,18 dollar/barel çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan nefti bahalaşdı


RƏYLƏR