Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hayastan” pul diləndi: Ən çox pul bu ölkədən gəldi

“Hayastan” pul diləndi: Ən çox pul bu ölkədən gəldi

Tarix: 26 Noyabr 2023 13:26

"Hayastan" Ümumerməni Fondunun ötən gün təşkil etdiyi "Sizin üçün Ermənistan" telemarafonunda 8,4 milyon dollara yaxın vəsait toplanıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə fondun rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

"Ermənistanda 552 min dollar, Fransada - 3,3 milyon dollar, ABŞ-da - 3,1 milyon dollar, Kanadada - 500 min dollar, Böyük Britaniyada - 450 min dollar, Argentinada - 161 min dollar toplanıb. İanələr həmçinin aşağıdakı ölkələrdən edilib: Hollandiya - 100 min dollar, Braziliya - 92 min dollar, Almaniya - 66 min dollar, İsveçrə - 50 min dollar, Avstraliya - 27 min dollar, Avstriya - 26 min dollar, Rumıniya - 4 min dollar", - məlumatda bildirilib.

Pul yığımı davam edir.

Vəsaitlər Qarabağdan miqrasiya edənlərin həyat şəraitinin yaxşılaşdırılmasına, habelə sərhədyanı qəsəbələrin inkişaf proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, "Biz həyat qabiliyyətli icmalar yaradırıq" adlı əvvəlki telemarafon 24 noyabr 2022-ci ildə baş tutmuş və 11 milyon dollardan çox vəsait toplanmışdı.


Etiketlər:  Hayastan diləndi çox ölkədən gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ