Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2023 13:40
ABŞ-nin şimal ştatları Kanadadan "super donuzlar"ın işğalı təhlükəsi ilə üzləşiblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, sürətlə artan "super donuzlar"ın populyasiyası sərhəddən cənuba yayıla bilər.
Bildirilir ki, Minnesota, Şimali Dakota və Montana ştatları "işğalı"ın qarşısını almağa çalışırlar, müxtəlif tədbirlər görürlər.
Hazırda Kanadanın Alberta, Manitoba və Saskaçevan ştatlarında qabanların bu növü ciddi problemlər yaradır.
Alimlərin sözlərinə görə, "super donuzlar" planetin ən invazivi növü hesab olunur, onların yayılması qlobal ekoloji fəlakətə səbəb ola bilər.