Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2023 17:06
Hindistanın Qomatapura kəndinin sakinləri hər il olduğu kimi, bu il də qəribə ənənələri ilə gündəm olublar. Belə ki, onlar bir-birilərinin üstünə inək peyini atıblar. Hindistanlıların bir çoxu hesab edir ki, bu yolla öz əcdadlarının günahlarını yuyurlar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu ənənənin 18-ci əsrin ortalarına aid olduğu güman edilir.
Başlamazdan əvvəl kahin peyin yığınının qarşısında xüsusi bir mərasim keçirir.
Festivalı izləmək üçün hər il Hindistanın müxtəlif bölgələrindən və xaricdən yüzlərlə turist gəlir.