Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan delimitasiyaya qarşıdır - Deputat

Ermənistan delimitasiyaya qarşıdır - Deputat

Tarix: 27 Noyabr 2023 14:42

Bu gün Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir. Amma hansı mənəvi haqla?

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin komitə sədri, deputat Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, ermənilər bizim vətəndaşları etnik təmizləməyə məruz qoyub:

"Biz bu tarixi həqiqəti dünyaya çatdırmalıyıq. Ermənilər bizim əhaliyə etnik təmizləmə edərək öz doğma yurd-yuvalarından qovub çıxarırdılar. Məqsəd xaricdə olan erməniləri bizm vətəndaşların evlərində məskunlaşdırmaq idi. İndi biz həmin dövrdə bizim vətəndaşların ürək ağrısı ilə sovet rəhbərliyinə yazdığı məktubları oxuya bilərik. Bu faktları dünyaya çatdırmalıyıq. Biz göstərməliyik ki, qanunun aliliyi təmin edilir, tarixi ədalət bərpa olunur".

Elm və təhsil komitəsinin sədri bildirib ki, Ermənistan delimitasiyaya qarşıdır: "Çünki bilirlər ki, işğaldan əlavə də onların yaylaq kimi istifadə etdiyi bəzi kəndlər də o zaman bizə qaytarılmalıdır".

"Kəndlərin birləşməsi hesab edirik ki, Azərbaycanda həyata keçirilən azad edilmiş ərazilərin ağıllı şəhər, ağıllı kənd konsepsiyası ilə yenidən qurulmasına xidmət edir" - deputat qeyd edib.


Etiketlər:  Ermənistan delimitasiyaya qarşıdır Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ