Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 20:32
2023-cü ilin 9 ayının nəticələrinə əsasən, Ermənistanın dövlət borcu 4 trilyon 454 milyard dram (11.3 milyard dollar) təşkil edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistan maliyyə nazirinin müavini Vaan Sirunyan parlamentin maliyyə-kredit və büdcə məsələləri komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, Ermənistanın dövlət borcu 2023-cü ildə 9 ay ərzində 6,4 faiz artıb.