Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vulkana yaxından baxmaq istəyən turist kraterə yıxıldı

Vulkana yaxından baxmaq istəyən turist kraterə yıxıldı

Tarix: 6 May 2019 09:27

Bakı. Trend:

Havay Vulkanları Milli Parkında turist fəaliyyətdə olan Kilauea vulkanının kraterinə yıxılıb.

Trend-in məlumatına görə, turist kraterə vulkana daha yaxından baxmaq üçün hasara dırmaşandan sonra yıxılıb.

Yanğınsöndürən və xilasedicilər tərəfindən xəsarət alan turistin axtarışları 9 saata yaxın davam edib, sonunda onu kraterin ensiz çıxıntısında aşkar ediblər. Kraterdən çıxarılan turist xəstəxanaya göndərilib.


Etiketlər:  Vulkana yaxından baxmaq istəyən turist kraterə yıxıldı


RƏYLƏR