Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ajda Pekkan "Kızılcık şerbeti"ndə rol alacaq

Ajda Pekkan

Tarix: 29 Noyabr 2023 17:44

"Kızılcık şerbeti" serialının heyətində dəyişiklik ediləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində müğənni Ajda Pekkan da rol alacaq.

İfaçı ekran işində elə özünü canlandıracaq. O, dekabrın 29-da, 45-ci bölümdə izləyicilərin qarşısına çıxacaq. 

Xatırladaq ki, bir müddət əvvəl Pekkan açıqlamasında sözügedən serialı bəyəndiyini bildirmişdi.

Qeyd edək ki, ekran işinin baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.

Milli.Az


Etiketlər:  Ajda Pekkan Kızılcık şerbetində rol alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ