Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadırovun 15 yaşlı oğlu batalyonun kuratoru təyin edildi - FOTO

Kadırovun 15 yaşlı oğlu batalyonun kuratoru təyin edildi - FOTO

Tarix: 29 Noyabr 2023 21:56

Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Rusiya Müdafiə Nazirliyinin tərkibində olan Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov özünün sosial şəbəkə hesabından məlumat verib.

"Bu təyinat Adamın xalqımızın dini, ailə və mədəni dəyərlərinin qorunmasında əldə etdiyi mühüm nailiyyətlərin təbii nəticəsi idi", - deyə o qeyd edib.

Delimxanov A.Kadırovu noyabrın 28-də batalyonun şəxsi heyətinə təqdim edildiyini vurğulayıb.

A.Kadırov, həmçinin Şeyx Mənsur Batalyonunun ikinci ulduzu ilə təltif edilib. Birinci ulduzu daha əvvəl Ramzan Kadırov almışdı.

Xatırladaq ki, bundan əvvəl A.Kadırov "İslam dininə xidmətə görə" 1-ci dərəcəli ordeni alıb, həmçinin Tatarıstan rəhbəri Rüstəm Minnixanov tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. 15 yaşlı yeniyetmə digər mükafatları Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan və Kabarda-Balkar Respublikasının başçısı Kazbek Kokovdan alıb. Adam Kadırov həmçinin yerli parlamentin ən yüksək "Daimehkan Siy" ordeni ilə təltif edilib. Bundan əlavə yeniyetmə Çeçenistanın qəhrəmanı tituluna və "millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmləndirilməsində mühüm xidmətlərinə görə" ordeninə sahibdir.

Yeri gəlmişkən qeyd edək ki, Çeçenistan rəhbərinin oğlu noyabrın əvvəllərində atasının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib.

Milli.Az


Etiketlər:  Kadırovun 15 yaşlı oğlu batalyonun kuratoru təyin edildi FOTO


RƏYLƏR