Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fırtına 9,3 min insanı işıqsız qoydu

Fırtına 9,3 min insanı işıqsız qoydu

Tarix: 30 Noyabr 2023 12:48

Krımda sahilə vuran fırtınadan sonra təxminən 9,3 min insan işıqsız qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu yarımadanın fövqəladə hallar naziri Sergey Sadakliyev bildirib.

Sadakliyev əlavə edib ki, son sutka ərzində energetiklər 41 mindən çox krımlının elektrik təchizatını bərpa edə biliblər. Mütəxəssislər pis hava şəraitinin fəsadlarını mümkün qədər tez aradan qaldırmaq üçün gecə saatlarında işlərini davam etdirəcəklər.

Qeyd edək ki, noyabrın 26-da axşam saatlarında güclü qasırğa Krımı və Krasnodar diyarını bürüyüb. Küləyin sürəti saniyədə 40 metrə, dalğaların hündürlüyü 9 metrə çatıb. Ümumi ziyan 1,3 milyard rubldan çox qiymətləndirilir. Ümumilikdə Rusiyanın cənubunda əlverişsiz hava şəraiti səbəbindən təxminən 1,9 milyon insan işıqsız qalıb.

Milli.Az


Etiketlər:  Fırtına insanı işıqsız qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ