Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezidenti hava limanında qarşılamağı unutdular - VİDEO

Prezidenti hava limanında qarşılamağı unutdular - VİDEO

Tarix: 30 Noyabr 2023 14:54

Qətərə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hava limanında təyyarədən enmək üçün yarım saat gözləməli olub. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Deutsche Welle" yayıb. 

Bildirilir ki, nəzərdə tutulan qrafikdən bir qədər tez çatan Ştaynmayer qətərli diplomatlarla görüşmək üçün təyyarənin girişində günəşin altında bir müddət gözləyib. 

Daha sonradan Almaniya Prezidentini Qətərin XİN rəhbəri Sultan bin Saad Əl-Murayhi qarşılayıb. 

Məlumata görə, buna baxmayaraq, Ştaynmayer və Qətər əmiri Şeyx Tamim ibn Həmid Əl Tani arasında görüş planlaşdırıldığı vaxtda baş tutub. 

Bu insident alman jurnalistlərdə Qətər rəhbərliyinin Almaniyaya qarşı münasibətinin soyuyub-soyumaması ilə bağlı suallar doğurub.

Milli.Az


Etiketlər:  Prezidenti hava limanında qarşılamağı unutdular VİDEO


RƏYLƏR